Türkmənistanda “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı müzakirə edilib

Türkmənistanda “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı müzakirə edilib

Bakı. TurkicWorld:

Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və həmkarları ilə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Nazir gündəlikdəki məsələləri də açıqlayıb.

Onun sözlərinə görə, enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və Türkmənistan yataqlarında SOCAR-ın iştirak imkanları müzakirə olunub.