Son dəqiqə

Türkiyə Özəl Türkiyə Ticarət nazirliyi Şimali Kipr Türk Respublikası sement

Yanvar-avqust aylarında Türkiyənin Şimali Kiprə sement ixracı 57 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin 2023-cü ilin yanvar-sentyabr aylarında Şimali Kiprə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artıraraq 57,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Şimali Kiprə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,5 faiz azaldaraq 6,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 3,5 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 383,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 16,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər