Bakı-Tbilisi-Ərzurum kəməri ilə 27 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 27 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Bakı. TurkicWorld:

Yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 27 milyard 109,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 6,2 faiz artım müşahidə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir

Verilən məlumata görə, səkkiz ayda qaz nəqlinin 53,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 14 milyard 589,9 milyon kubmetr təbii qaz ixrac edilib.