Son dəqiqə

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Dövlət Statistika Komitəsi neft Cənubi Qafqaz Boru Kəməri

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli azalıb

Bakı, TurkicWorld

Bu ilin ilk iki ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 7,1 milyard kubmetr qaz nəql edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 236 milyon kubmetr, yaxud da 3,2% azdır. Belə ki, ötən ilin yanvar-fevral aylarında magistral qaz kəmərləri ilə 7,34 milyon kubmetr qaz nəql edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 3,4 milyard kubmetr qaz ötürülüb. Bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 173 milyon kubmetr yaxud da 4,8% azdır.

Ötən ilin müvafiq dövründə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə ötürülən qazın həcmi 3,58 milyard kubmetr olub.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə nəql edilən qaz ümumi nəql olunmuş qazın 48,8%-ni təşkil edib.

Mövzuya görə xəbərlər