Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb

2021-ci il ilin yanvar-oktyabr aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 14,365 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,84 faiz çoxdur.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 50,5 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,8 faiz artıb.

Yanvar-oktyabr aylarında Azərbaycanın magistral kəmərləri ilə 28,432 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,42 faiz çoxdur.