Son dəqiqə

Türkiyə limanları Karabiga limanı

Yanvar-iyun aylarında Karabiga limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Çanakkale şəhərində yerləşən Karabiga limanı 398 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Karabiga limanı Türkiyə bayrağı altında üzən 255, digər ölkələrin bayraqları altında üzən 143 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.

Mövzuya görə xəbərlər