Son dəqiqə

Türkiyə Türkiyə limanları Aliağa limanı

Yanvar-may aylarında Aliağa limanı iki mindən çox gəmi qəbul edib

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa limanı 2 min 681 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin İzmir şəhərindəki Aliağa limanı Türkiyə bayrağı altında üzən 685, digər ölkələrin bayraqları altında üzən 1 996 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 885 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 16 min 388 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 175 olub.

Mövzuya görə xəbərlər