Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Adnan Menderes Hava Limanı

Adnan Menderes Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2023-cü ilin may ayında Türkiyənin Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 14 faiz artaraq, 3 milyon 696 min 38 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 10 faiz artaraq 2 milyon 613 min 445 nəfər, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 1 milyon 82 min 593 nəfər təşkil edib.

Bu ilin may ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 25 min 795 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 18 min 71 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 7 min 724 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 198 min 659 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 30 faiz artaraq 51 min 142, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 147 min 517 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 73 milyon 375 min 694 nəfər, yük dövriyyəsi isə 1 milyon 462 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər