Türkiyə Azərbaycana hazır geyim məhsulları ixracını artırıb

Türkiyə Azərbaycana hazır geyim məhsulları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Azərbaycana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz artaraq 33,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Azərbaycana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 18,5 faiz artıraraq 5,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq, 8,4 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 24 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 20,7 milyard dollar məbləğində hazır geyim ixrac edib.