Son dəqiqə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqlim haqqında yeni qanun hazırlanır: Qurumlararası İşçi Qrupu yaradılacaq

BAKI.TurkicWorld

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "İqlim haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının aprelin 30-də keçirilən növbəti iclasında məlumat verilib.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi, habelə "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası"nın layihəsi barədə təqdimatlar edilib və həmin təqdimatların ətrafında müzakirələr aparılıb.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

Mövzuya görə xəbərlər