Son dəqiqə

Azərbaycan BMT Bakı Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycanda erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi prioritetdir – Umayra Tağıyeva

BAKI,TurkicWorld

Azərbaycanda iqlim məlumatlılığının artırılması və təhlükəli hidrometeoroloji hadisələrlə bağlı erkən xəbərdarlıq sisteminin daha da təkmilləşdirilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdiriləcək və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ölkədə iqlimə davamlı şəhər və icmaların formalaşdırılması istiqamətində layihələr hazırlayır.

Eyni zamanda bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən kənd təsərrüfatı sahəsində istixana qazı emissiyalarının azaldılması, dayanıqlılığın və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, eləcə də qida itkisi və tullantılarının azaldılmasına yönəlmiş layihə hazırlanır. Hazırda bu təşəbbüs ölkədaxili təsdiq mərhələsindədir.

Mövzuya görə xəbərlər