Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi dəri məhsulları Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Misirə dəri məhsulları ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 1 milyon 662 min 43 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Misirə dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalaraq, 773 min 86 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz azalaraq, 234 milyon 114 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər