Son dəqiqə

Misir Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 55 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz artaraq, 55 milyon 245 min 91 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Misirə elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalaraq, 17 milyon 758 min 88 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq, 2 milyard 754 milyon 75 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 17 milyard 967 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər