BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz artaraq, 1 milyon 211 min 7 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 73,4 faiz artaraq, 868 min 19 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz azalaraq, 234 milyon 114 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 1 milyard 420 milyon 561 min dollar məbləğində dəri məhsulları ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 420 milyon 561 min dollara bərabər olub.






