BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz azalaraq , 686 milyon 503 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2026-ci ilin yanvar ayında Türkiyənin Türk ölkələrindən idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 769 milyon 99 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 1 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 4 faiz azalaraq 20 milyard 315 milyon dollar, idxalı isə 0,1 faiz artaraq 28 milyon 695 min dollar olub.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 62 milyard 47 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 26 milyard 373 milyon dollar, idxalı isə 10.7 faiz artaraq 35 milyon 674 min dollar olub.
“Keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 273 milyard 361 milyon dollara, idxalı isə 6,2 faiz artaraq 365 milyard 370 milyon dollar olub.







