Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Yanvar ayında Türkiyənin tekstil ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 729 milyon 698 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 9 milyon 311 min 477 dollar məbləğində tekstil ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər