BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 782 milyon 187 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 9 milyard 408 milyon 630 min dollar məbləğində tekstil ixrac edib.







