Son dəqiqə

Türkmənistan TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi Kapital artımı

Türkiyədə Türkmənistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 103 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 222 milyon 905 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 41 milyon 110 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (101) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 222 milyon 905 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - noyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 37 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər