Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin mebel ixracı 7 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 7 milyard 252 milyon 610 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 672 milyon 379 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 7 milyard 960 milyon 973 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər