Son dəqiqə

Özbəkistan Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı (TDT) Qəbələ

TDT ölkələrinin orqanik məhsulları vahid brend altında çıxsın - Özbəkistan Prezidenti

BAKI, TurkicWorld

Gələcəkdə bizim orqanik məhsullarımız vahid brend altında dünya bazarına çıxarıla biləcək.

TurkicWorld xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

"Bu baxımdan biz Kənd Təsərrüfatı Nazirliyi nəzdində ekspert işçi qrupu yaradılmasını, ilkin pilot layihələrin müəyyənləşdirilməsini və onların ölkələrimizdə icrasına başlanılmasını təklif edirik", - deyə Prezident bildirib.

Prezident orqanik kənd təsərrüfatının ərzaq təhlükəsizliyi üçün strateji rolunu vurğulayıb:

"Ölkələrimiz orqanik məhsulların istehsalı və tədarükü sahəsində dünyanın aparıcı yerlərindən birini tutmaq potensialına malikdir"

Mövzuya görə xəbərlər