Son dəqiqə

Ceyhan limanı Azərbaycan nefti İtaliya Azərbaycan Dövlət Neft Fondu neft hasilatı neft CIF URALS Azeri Light neft-qaz sektoru xam neft Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) neftin qiyməti ABŞ dollarının dəyərsizləşməsi

Azərbaycan neftinin qiyməti bahalaşıb

BAKI, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,22 ABŞ dolları və ya 1,76% artaraq, 70,41 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,26 dollar və ya 1,86% bahalaşaraq 69,16 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,45 dollar və ya 2,55% artaraq, 58,39 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,1 dollar və ya 1,58% artaraq, 70,80 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər