Son dəqiqə

Gürcüstan Türkiyə Ticarət nazirliyi avqust statistikaları

Türkiyənin Gürcüstana xalça ixracı 12 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Gürcüstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artaraq, 10,779 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Gürcüstana 1,172 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 21,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 1 milyard 836 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 231 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 2 milyard 888 milyon dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər