Bakı. TurkicWorld:
MÜSİAD Azərbaycan Yeni İdarə Heyətinin iclası keçirilib.
TurkicWorld xəbər verir ki, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli iclası açaraq idarə heyətindən ayrılan üzvlərinə keçmiş fəaliyyətlərinə görə təşəkkürünü bildirib, yeni heyətə uğurlar arzu edib.
Eyni zamanda, gələcəkdə yerinə yetirilməli olan bir sıra işlər müzakirə olunub, dərnəyin yeni hədəfləri müəyyən edilib.
MÜSİAD Azərbaycan İdarə Heyətinin yeni tərkibi və cavabdeh sahələr üzrə müvafiq komissiyalar aşağıdakı kimi formalaşıb:
1. Rəşad Cabirli - İdarə Heyətinin sədri
2. Hüseyin Yapar - Sədrin 1-ci müavini, Qurumlarla Əlaqələr Komissiyasının sədri
3. Elvin Əliyev - İdarə Heyəti üzvü, Təhsil və Mədəniyyət Komissiyasının sədri
4. Emin Azizli - İdarə Heyəti üzvü, İstehsal və Ticarət Komissiyasının sədri
5. Osman Yaqubov - İdarə Heyəti üzvü, Karz-ı Hasen Sandığı sədri
6. Zeki Gül - İdarə Heyəti üzvü, Kənd Təsərrüfatı və Turizm Komissiyasının sədri
7. Alim Şentürk - İdarə Heyəti üzvü, Yaşıllaşma və Rəqəmsal Transformasiya Komissiyasının sədri
8. Aslan Abdullayev - İdarə Heyəti üzvü, İnşaat v Tikinti Materialları Komissiyasının sədri
9. Fatih Uzun - İdarə Heyətinin üzvü, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının sədri
10. Azer Göyüşov - İdarə Heyətinin üzvü, Maliyyə və Planlama Komissiyasının sədri
11. Remzi Mişeli - MÜSİAD Ticarət Ofisi-MTO nümayəndəsi
12. Akif Başoğlu - Gənc MÜSİAD Azərbaycan sədri
Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.
Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.