Bakı, TurkicWorld
8-9 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Iteca Caspian LLC təşkilatçılığı ilə Azerbaijan Halal Business Forum – AZHAB Forum keçirilib.
TurkicWorld xəbər verir ki, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və KOBİA-nın təşkilatçılığı ilə baş tutan tədbir, “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənib.
Açılışı bu gün baş tutan forumda MÜSİAD Azərbaycan stendi də yer almaqdadır. Üzvlərimizdən Polymart MMC, Hazel Chocolate MMC, Euroclima MMC, Sobsan Boya, AtaPack MMC və №1 Çörək Zavodu şirkətləri bu stenddə yer alıb.
Forumun ilk hissəsində rəsmilərin də qatıldığı panel müzakirələri olmuşdur. Daha sonra stend ziyarətləri həyata keçirilib.
MÜSİAD Azərbaycan İdarə Heyətimizin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvlərimiz və üzvlərimiz tərəfindən ilk öncə MÜSİAD Azərbaycan stendi, daha sonra isə digər stendlər ziyarət olunub.
Qeyd edək ki, iki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlığın qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Ümumilikdə, forumda dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edir.