Bakı, TurkicWorld
MÜSİAD Azərbaycan dərnək mərkəzində İbn Haldun Üniversitesi Mütevelli Heyəti Başkanı, Prof.Dr. İrfan Gündüz "Müstəqillikdən bu günə Azərbaycan xatirələrim" adlı söhbət proqramında MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və Gənc MÜSİAD Azerbaycan nümayəndələri iştirak etmişdir. Proqramda keçmiş məşhur futbolçu Mesut Özil də iştirak edib.
Bu barədə TurkicWorld-ə MÜSİAD- dan məlumat verilib.
Görüş zamanı Prof.Dr İrfan Gündüz I Qarabağ Müharibəsi zamanı yaşananlarla bağlı xatirələrini, 1992-ci ildə Türkiyədən dəstək məqsədilə Azərbaycana gəlməsindən, qurucu üzvü olduğu Müstəqil Sənayeçi və İşadamları Dərnəyi - MÜSİADın fəlsəfəsindən söhbət açıb.
İrfan Gündüz və Mesut Özilə verdikləri dəyərə, ziyarətlərinə görə təşəkkür edilib. Və bugün doğum günü olan Məsut Özilin doğum günün bir daha təbrik ediblər.
Gəncliyə Yardım Fondunun İdarə Heyətinin sədri Ahmet Tecimə ziyarətinə və dəstəyinə görə xüsusi təşəkkürümüzü bildirilib.
Görüşün sonunda xatirə fotosu çəkilmiş, hədiyyələr və "Azerbaycana gelmek için #101neden" kitabçası təqdim edilmişdir.