Bakı. TurkicWorld
Somali Azərbaycanla əməkdaşlıqda olduqca maraqlıdır.ArabAZ xəbər verir ki, bunu MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli ilə görüşü zamanı Somalinin Ankarada akredetə edilmiş Azərbaycan səfiri Fəxrəddin Aspite deyib.
TurkicWorld bu barədə Arab.AZ-a istinadən xəbər verir.
O qeyd edib ki, Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir.
“Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa hazırıq və bu bizim maraq dairəmizdədir”-deyə o qeyd edib. Səfir qeyd edib ki, Moqadişo rəsmi Bakı ilə əməkdaşlığının dərinləşməsi çərçivəsində özünə prioritetlər təyin edib.
“Bu prioritetlər mövcuddur və biz təhsil,kənd təsərrüfatı sahədində və eləcə də turizmdə əməkdaşlığa maraqlıyıq”-deyə səfir bildirib.
Ölkələrin tanınmasında KİV-in önəmini vurğulayan somalili diplomat qeyd edib ki, Azərbaycan və Somali KİV-ləri arasında təcrübə mübadiləsinin olması yaxşı olardı.
“Biz xəbərləri ilkin mənbədən alsaq daha dolğun və təfərrüatlı informasiya əldə edə bilərik. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Somali KİV-ləri arasında əlaqənin olması labüddür”-deyə o əlavə edib.
Səfir onu da əlavə edib ki, Somalinin Azərbaycanda səfirliyinin açılması istiqamətində işlər aparılır.
Görüş zamanı MÜSİAD Azərbacyan idarə heyətinin sədri Rəşad Cabirli səfirə Azərbaycan haqqında dolğun məlumat verib.
“Azərbaycan bir çox sahələrdə ciddi potensiyala malikdir. Hal hazlırda ölkədə bir çox sahələr o cümlədən turizm də inkişaf edir”-deyə Cabirli bildirib.
O qeyd edib ki, ölkədə müxtəlif sahələrdə investisiya üçün münbit şərait var.
“Azərbaycan son illər bir sıra qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi edib və onlardan biri də COP29-dur. Bu tədbir Azərbaycanın önəmini bir daha sübüt etməkdədir”-deyə Cabirli qeyd edib.