Bakı,TurkicWorld
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyeron ilə dərnək mərkəsində görüşüb. Bu haqda MÜSİAD –dan AzerVoice daxil oan məlumatda deyilir.
Görüş zamanı tərəflər edilməsi planlanan fəaliyyətlər barədə ətraflı məlumat mübadiləsi aparıblar.
“Görüşdə Meksika və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması, əməkdaşlıq imkanları və ölkələr arası oluna biləcək mal mübadiləsi müzakirə edilmişdir”-deyə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.
Görüş zamanı Azərbaycanın türk dünyasında önəmini vurğulayan R.Cabirli səfirə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyənnaməsi haqqında məlumat verib.
Səfir Kabalyeron, Meksikanın ən çox ticari saziş bağlayan ölkə olduğunu bildirərək, ölkəsinin Amerikaya açılan qapı olaraq adlandırıb.
Səfir eyni zamanda vurğulayıb ki, Meksikaya gətirilən məhsulların Amerikaya daşınmasının mümkün olduğunu söyləyib.
“Meksikada hal hazırda logistika, kommunikasiya və turizm sahəsinində daha çox inkişaf var”- deyə səfir vurğulayıb.
“Görüşdə İşçi qrupunun yaradılması və bu qrupa Meksika Xarici İşlər Nazirliyinin əməkdaşlarının da əlavə edilməsi qərarı alınmışdır. Bir sonraki görüşün virtual şəkildə olması və görüş zamanı əməkdaşlıq edilə biləcək sahələrin müəyyən edilməsi, qarşı tərəfin “Niyə Meksika” başlıqlı hesabat hazırlaması nəzərdə tutulmuşdur”-deyə MÜSİAD-dan bildiriblər.