MÜSİAD Azərbaycan heyəti TSO iş adamları ilə “Bakı KOB evi”ndə görüş keçirib

MÜSİAD Azərbaycan heyəti TSO iş adamları ilə “Bakı KOB evi”ndə görüş keçirib

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Rəşad Cabirli və Türkiyənin Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebinin rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində “Bakı KOB evi”ndə olub.

TurkicWorld xəbər verir ki, MÜSİAD Azərbaycanın təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ev sahibliyi ilə Trabzondan olan nümayəndə heyəti və yerli iş adamları arasında görüş keçirilib.

Məlumata əsasən, görüşdə agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, yerli KOB-ların xarici iş adamları ilə əlaqələndirilməsi barədə məlumat verilib.

Bundan əlavə, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, investisiya qoyuluşu imkanları müzakirə olunub.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.