Son dəqiqə

Böyük Britaniya Ukrayna Vladimir Zelenski

Zelenski Böyük Britaniyanın baş naziri ilə görüşüb

Bakı, TurkicWorld:

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz rəsmi sosial media hesabında bildirib.

Məlumata əsasən, görüş zamanı Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstək üçün nə edə biləcəkləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməsi, daha sonra Donetsk və Luhansk vilayətlərinin işğalı ilə başlayıb. Bu müharibə İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər