Son dəqiqə

Pakistan İmran xan

İmran Xan azadlığa buraxılıb

Bakı. TurkicWorld:

Pakistanın keçmiş Baş naziri İmran Xan azadlığa buraxılıb.

TurkicWorld xəbər verir ki, onun girov qarşılığında 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

Mövzuya görə xəbərlər