Son dəqiqə

Ukrayna Vladimir Zelenski Eurovision 2023

Ukrayna prezidentinin "Eurovision" yarışmasının finalında çıxışına icazə verilməyib

Bakı TurkicWorld

“Eurovision 2023” musiqi müsabiqəsinin təşkilatçısı olan Avropa Yayımçılar İttifaqı videomüraciətlə Ukrayna prezidenti Vladimir Zelenskiyə finalda çıxış etmək imkanından məhrum edib.

TurkicWorld xəbər verir ki, bu il müsabiqənin finalı mayın 14-də baş tutacaq.

“Eurovision beynəlxalq əyləncə şousudur və yarandığı gündən müəyyən edilmiş ciddi qaydalar və prinsiplərlə idarə olunur. Zelenskinin Eurovision Mahnı Müsabiqəsində tamaşaçılara müraciət etmək istəyi təqdirəlayiq niyyətlərdən irəli gəlsə də, təəssüf ki, müsabiqənin qaydalarına zidd olduğu üçün Avropa Yayım Birliyinin (EBU) rəhbərliyi tərəfindən qəbul edilə bilməz", -İttifaqın mətbuat xidmətindən bildirilib.

Mehriban Xəlilli

Twitter: @MXalilbekova

Mövzuya görə xəbərlər