Bakı, TurkicWorld:
İsrail polisinin fanatik yəhudi mühacirlərin Məscidül-Əqsaya hücumu zamanı həbs etdiyi 24 yaşlı Türkiyə vətəndaşı Özgecan Mutlu sərbəst buraxılıb.
TurkicWorld xəbər verir ki, o, Türkiyənin Qüds Baş Konsulluğunun cəhdləri nəticəsində bir həftə Əqsaya girişinin qadağan edilməsi şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, aprelin 4-də İsrail təhlükəsizlik qüvvələri Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə basqın edib.