İsrailin Baş naziri məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb

İsrailin Baş naziri məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb

Bakı. TurkicWorld:

İsrailin baş naziri Binyamin Netanyahu bazar ertəsi məhkəmə islahatlarının gedişatının dayandırılmasını elan etmək niyyətində olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin dövlət radiosu Kan məlumat verib. Məlumatda baş nazirin bu bəyanatı nazirlər kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə müşavirədən sonra verdiyi deyilir.

Bundan əvvəl radiostansiyanın verdiyi məlumata görə, maliyyə naziri və "Dini sionizm" partiyasının hakim koalisiyasına daxil olan lideri Betsalel Smotriç məhkəmə islahatlarının reallaşdırılmasının müvəqqəti dayandırılmasına qarşı çıxmağa davam etməyəcəyini bildirib. Bununla belə, milli təhlükəsizlik naziri və "Yəhudi gücü" partiyasının lideri İtamar Ben-Qvir bazar ertəsi məhkəmə sistemi islahatlarında fasilə olacağı təqdirdə koalisiyanı parçalayacağı ilə hədələyib.

Baş nazirin rəsmi bəyanatı Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılmışdı, lakin hələ də təxirə salınır.