Bəzi ərəb və Qərb ölkələri Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Bəzi ərəb və Qərb ölkələri Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Bakı. TurkicWorld:

Bir sıra ərəb və Qərb ölkələrinin hakimiyyət orqanları Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərini bağlamaq qərarına gəliblər.

TurkicWorld xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata əsasən, bu qərara səbəb "təhlükəsizlik sahəsində təhdidlər" olub.

Telekanalın mənbələri hansı ölkələrin Kabildəki səfirliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb.