Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Pakistan Əfqanıstan Bakı Taliban Zəfər Günü Zəfər paradı Şahbaz Şərif Qəzza Atəşkəs razılaşması Qəzza humanitar böhranı Türkiyə-Pakistan münasibətləri

Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı Bakıda keçirilən rəsmi tədbirlər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Prezident Ərdoğan, Türkiyə ilə Pakistan arasında münasibətlərin strateji səviyyədə inkişaf etdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini bildirib.

Dövlət başçısı həmçinin, Türkiyənin Pakistanda baş verən terror hücumlarını və Pakistan–Əfqanıstan xəttində yaranmış gərginliyi yaxından izlədiyini vurğulayıb. O, iki ölkə arasında əldə olunmuş atəşkəsin qorunmasının vacibliyini qeyd edərək, Ankara vasitəçiliyi ilə aparılan danışıq prosesinin bölgədə daimi sabitliyə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan görüşdə Qəzzədə əldə olunmuş atəşkəsin davam etdirilməsinin əhəmiyyətinə toxunaraq, məsələnin BMT platformasında diqqətlə izlənməsi və beynəlxalq ictimaiyyətin prosesə dəstəyinin artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Qeyd edilib ki, Türkiyə regional təhlükəsizlik və humanitar proseslərdə rolunu, həm Pakistan-Əfqanıstan xətti, həm də Qəzza məsələsində sülhün bərqərar olması üçün diplomatik səylərini davam etdirəcək.

Mövzuya görə xəbərlər