Son dəqiqə

Karol Navrotski

Navrotski Polşada siyasi böhranla bağlı təcili məsləhətləşmələr çağırıb

Bakı,TurkicWorld

Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişə ilə əlaqədar parlament partiyalarının nümayəndələri ilə təcili məsləhətləşmələr çağırıb.

Tass-ın məlumatına görə, bu barədə Prezident Administrasiyasının rəhbəri Pavel Şefernaker məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrin məqsədi siyasi vəziyyəti sabitləşdirmək və konstitusiya quruluşunu bərpa etməkdir.

Qeyd edək ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svyençkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığından məhrum edilməsi barədə vəsatət təqdim edib.

Məhkəmə binası yaxınlığında etirazçılarla polis arasında gərginlik yaşanıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Hadisələrlə əlaqədar Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

Mövzuya görə xəbərlər