Son dəqiqə

İran

Pezeşkian Ermənistana səfər edib

BAKI,TurkicWorld

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ermənistana gəlib.

Armenpress-in verdiyi məlumata görə, bir müddət əvvəl İran Prezidentinin təyyarəsi İrəvandakı "Zvartnots" hava limanına enib.

Hava limanında İran Prezidentini Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Qeyd edək ki, Məsud Pezeşkian COP17 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak etmək üçün İrəvana gəlib.

O, Ermənistana səfərindən öncə, Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında iştirak edib.

Mövzuya görə xəbərlər