BAKI,TurkicWorld
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Səravan rayonunda terror qruplaşmasına qarşı əməliyyat davam edir.
İranın Sistan və Bəlucistan vilayəti valiliyinin məlumatına görə, bunu valinin müavini Əli Xəlilabadi deyib.
"Bu gün yerli vaxtla səhər saat 4-dən etibarən Səravan rayonunda təhlükəsizlik əleyhinə dəstənin yerləşdiyi məkanın ələ keçirilməsi ilə əlaqədar əməliyyat davam edir", -deyə o qeyd edib.
Xəlilabadi qeyd edib ki, məlumatlara görə, silahlı toqquşmada çoxlu dəstənin çoxlu sayda üzvü ölüb və ya yaralanıb. Hazırda bu məkanın dəstədən tam təmizlənməsi məqsədilə əməliyyat davam edir.
Vali müavini deyib ki, Sistan və Bəlucistan vilayətinin təhlükəsizlik qurumlarının tam sayıqlığı nəticəsində vəziyyət nəzarət altındadır.
"Sözügedən dəstə ictimai asayişə zərbə vurmaq və terror aktları törətmək niyyətində olub. Onlar Səravan şəhərində bir məkana toplaşıblar", -deyə o qeyd edib.







