BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyi Hörmüz boğazında kommersiya gəmiçiliyi marşrutlarını müzakirə etmək üçün bazar ertəsi Omanda regional toplantının keçiriləcəyini açıqlayıb. Görüşdə İran, İraq və Körfəz ölkələrinin iştirakı nəzərdə tutulur.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi toplantıda Hörmüz boğazında kommersiya gəmiləri üçün təhlükəsiz marşrutların yaradılması ilə bağlı İran və Oman arasında aparılan danışıqların nəticələrinin müzakirə ediləcəyini bildirib.
Bəqayinin sözlərinə görə, Tehran və Maskat Hörmüz boğazında müvəqqəti gəmiçilik dəhlizlərinin yaradılması ilə bağlı anlaşma əldə ediblər.
İran rəsmisi ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə sadiq qaldığını vurğulayıb.
Toplantının əsas diqqət mərkəzində kommersiya gəmilərinin boğazdan təhlükəsiz keçidinin təmin olunması və regional ölkələr arasında bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi olacaq.







