Son dəqiqə

Ermənistan Avropa İttifaqı Rusiya Moskva Aleksey Overçuk İrəvan Şərq İqtisadi Forumu

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

BAKI,TurkicWorld

Ermənistanın Avropa İttifaqına üzv olması İrəvanın suveren hüququdur və Rusiya bu məsələ ilə bağlı Ermənistanla danışıqlar aparmır.

Rusiya KİV-nin məlumatına görə, bunu Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində bildirib.

"Ermənistanın Aİ-yə üzvlüyü məsələsi Ermənistanın öz işidir. Necə qərar versələr, elə də olacaq. Bu, onların suveren hüququdur", – Overçuk jurnalistlərin sualını cavablandırarkən deyib.

Bununla yanaşı, Rusiyanın baş nazirinin müavini vurğulayıb ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması halında Moskva bu ölkəyə tətbiq olunan iqtisadi güzəştlərə yenidən baxmaq hüququnu özündə saxlayır.

Mövzuya görə xəbərlər