Son dəqiqə

BMT İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Hörmüz boğazı Sidr

Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Hörmüz boğazından keçən Səudiyyə Ərəbistanına məxsus "Sidr" tankerini hədəf almasını və heyət üzvlərinin ölümü ilə nəticələnən hücumu qətiyyətlə pisləyib.

TurkicWorld VOA-ya istenadən xəbər verir ki, nazirliyin 2 sentyabr 2026-cı il tarixli bəyanatında bildirilir ki, Ər-Riyad həmçinin İranın İordaniya Haşimilər Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövlətinə qarşı həyata keçirdiyi təcavüzkar hücumları da pisləyir. Səudiyyə Ərəbistanı qardaş ölkələrin təhlükəsizliyini və suverenliyini istənilən təhdiddən qorumaq üçün atdıqları bütün addımları tam dəstəklədiyini və onlarla həmrəy olduğunu vurğulayıb.

Sənəddə gərginliyin dayandırılmasının, beynəlxalq dəniz naviqasiyasının və təhlükəsizliyinin, qlobal enerji təchizatının qorunmasının, eləcə də mehriban qonşuluq prinsiplərinə, dövlətlərin suverenliyinə, BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyi qeyd olunub.

Səudiyyə Ərəbistanı bütün tərəfləri təmkinli olmağa, eskalasiyanı dayandırmağa, beynəlxalq hüquqa riayət etməyə, eləcə də danışıqlara və sülh yolu ilə nizamlanmaya qayıtmağa çağırıb.

Mövzuya görə xəbərlər