Son dəqiqə

İran ABŞ Hindistan Çabahar limanı Məsud Pezeşkian Narendra Modi Hörmüz boğazı Şanxay Əməkdaşlıq Təşkilatı

ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian ABŞ-də müharibənin davam etməsində maraqlı olan qüvvələrin olduğunu bildirib. O, İranın müharibə tərəfdarı olmadığını, lakin ABŞ tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini deyib.

TurkicWorld xəbər verir ki, İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Pezeşkian bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı səsləndirib.

“ABŞ-də müharibənin davam etməsində maraqlı olan insanlar var”, – deyə İran Prezidenti bildirib. Pezeşkian eyni zamanda İranın heç vaxt müharibəni arzulamadığını vurğulayıb.

İran Prezidenti mövcud qarşıdurmanın davam etməsinə görə Vaşinqtonu tənqid edərək ABŞ tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib. Bununla belə, təqdim olunan məlumatda Pezeşkianın konkret olaraq hansı öhdəlikləri nəzərdə tutduğu açıqlanmayıb.

Görüş zamanı İran və Hindistan arasında dəniz əməkdaşlığı da müzakirə olunub. Tərəflər xüsusilə Hörmüz boğazı ilə əlaqədar əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Pezeşkian və Modi Çabahar limanında İran-Hindistan əməkdaşlığının gedişini də nəzərdən keçiriblər. İranın cənub-şərqində yerləşən Çabahar Hindistan üçün mühüm nəqliyyat və ticarət məntəqələrindən biri hesab olunur.

Hindistan Çabahar limanındakı yük aşırma məntəqələrindən birinə azı 120 milyon dollar sərmayə yatırıb. Layihəyə ABŞ sanksiyalarından verilmiş istisnanın müddəti isə bazar günü başa çatıb.

Mövzuya görə xəbərlər