BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian müharibənin başa çatdırılmasının və ölkə daxilində birliyin qorunmasının hökumətinin əsas məqsədləri olduğunu bildirib. O, ABŞ ilə İran arasında əldə edilmiş İslamabad anlaşmasının Tehranın təslim olması anlamına gəlmədiyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Məsud Pezeşkian İranın İslamabad anlaşmasını təzyiq qarşısında geri çəkildiyi üçün deyil, məntiqə və mövcud vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanaraq qəbul etdiyini bildirib.
“İslamabad anlaşması təslim olduğumuz üçün deyil, məntiq və düşünülmüş yanaşma əsasında qəbul edilib”, – İran Prezidenti deyib.
Pezeşkianın sözlərinə görə, İranın qarşısında duran əsas məsələlərdən biri davam edən müharibənin başa çatdırılmasıdır.
İran Prezidenti, həmçinin ölkə daxilində birliyin qorunmasını hökumətinin başlıca məqsədlərindən biri kimi göstərib.
O iddia edib ki, İranın rəqibləri ölkəni hərbi yolla məğlub edə bilməyəcəklərini başa düşdükdən sonra diqqətlərini daxildə ictimai problemlərin və iqtisadi narazılığın artırılmasına yönəldiblər.
Pezeşkian ölkənin üzləşdiyi iqtisadi və ictimai çətinliklər fonunda daxili həmrəyliyin qorunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İran Prezidenti müharibənin dayandırılması ilə yanaşı, ölkə daxilində sabitliyin və birliyin qorunmasının hökumətin qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacağını bildirib.







