Son dəqiqə

İran ABŞ Sepah Enerji təhlükəsizliyi Hörmüz boğazı ABŞ-İran münasibətləri raket istehsalı Hüseyn Mohebbi İran raketləri

İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi ölkənin infrastrukturuna hücum ediləcəyi təqdirdə ABŞ-nin enerji baxımından strateji nöqtələrinin və həyati maraqlarının ağır zərbələrlə hədəfə alınacağını bildirib.

TurkicWorld xəbər verir ki, Hüseyn Mohebbi bu barədə İranın dövlət yayımçısı IRIB-ə açıqlamasında danışıb. O, İran infrastrukturuna mümkün hücumun cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

“İranın infrastrukturuna istənilən hücum ABŞ-nin enerji baxımından strateji nöqtələrinə və həyati maraqlarına ağır zərbələrlə nəticələnəcək”, – SEPAH sözçüsü bildirib.

Mohebbi konkret olaraq hansı enerji obyektlərinin və ya ərazilərin nəzərdə tutulduğunu açıqlamayıb. O, mümkün cavab tədbirlərinin miqyası və istifadə edilə biləcək silahlar barədə də ətraflı məlumat verməyib.

SEPAH rəsmisi ABŞ-nin regiondakı məqsədlərinin, o cümlədən Hörmüz boğazını yenidən tam şəkildə açmaq planlarının baş tutmadığını iddia edib.

Mohebbi, həmçinin İranın silah istehsalının davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, İranın hərbi ehtiyatlarının məhdud olduğuna dair qarşı tərəfin hesablamaları doğru deyil.

“Düşmənin İran ordusunun məhdud ehtiyatlara malik olması barədə təsəvvürünün əksinə olaraq, ağıllı və idarəolunan raketlərimizin istehsalı davam edir”, – Mohebbi deyib.

SEPAH sözçüsünün açıqlaması Hörmüz boğazı ətrafında hərbi və iqtisadi gərginliyin davam etdiyi, eyni zamanda ABŞ-nin Tehrana qarşı iqtisadi təzyiqi gücləndirməyə hazırlaşdığı bir dövrə təsadüf edir.

Mövzuya görə xəbərlər