Son dəqiqə

İran İraq Tehran Məsud Pezeşkian Əli əs-Sistani Cavad Şəhristani Ramazan

Müharibə dövründə rəsmilər xalqa xidmətin qızıl səhifəsini yazdılar - Məsud Pezeşkian

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian Ramazan ayında baş verən və onun “məcburi müharibə” adlandırdığı qarşıdurma dövründə ölkə rəsmilərinin fəaliyyətini yüksək qiymətləndirib. Prezident bildirib ki, dövlət rəsmilərinin həmin dövrdə göstərdikləri səylər xalqa xidmət və dözümlülük baxımından İran tarixində mühüm yer tutacaq.

TurkicWorld xəbər verir ki, Məsud Pezeşkian bu fikirləri İraqdakı böyük ayətullah Əli əs-Sistaninin nümayəndəsi ayətullah Cavad Şəhristaniyə ünvanladığı müraciətdə ifadə edib. İran prezidenti rəsmilərin çətin şəraitdə Allaha inam və məsuliyyət hissi ilə fəaliyyət göstərdiklərini bildirib.

Pezeşkianın sözlərinə görə, müharibə dövründə dövlət qurumlarının və rəsmilərin fəaliyyəti ölkədə idarəetmənin davam etdirilməsində və əhaliyə xidmətlərin göstərilməsində mühüm rol oynayıb.

İran prezidenti həmin səyləri “dözümlülük və xalqa xidmətin qızıl səhifəsi” kimi səciyyələndirib. O bildirib ki, çətin dövrdə görülən işlər İran xalqının tarixi yaddaşında qalacaq.

Pezeşkian müraciətində rəsmilərin üzərlərinə düşən vəzifələri ağır şəraitə baxmayaraq davam etdirdiklərini vurğulayıb. Onun fikrincə, göstərilən məsuliyyət ölkənin böhran şəraitində fəaliyyətini davam etdirməsinə kömək edib.

“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, İran prezidenti bu səylərin ölkə tarixində və İran xalqının yaddaşında daim qorunacağını bildirib.

Mövzuya görə xəbərlər