Son dəqiqə

İran Hörmüz boğazı

Hörmüz boğazında ticarət gəmisi naməlum mərmi ilə vurulub, bir nəfər həlak olub

BAKI, TurkicWorld

Hörmüz boğazında hədəfə alınan gəmilərin sayı artmaqda davam edir. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) çərşənbə axşamı bildirib ki, boğazdan çıxış istiqamətində hərəkət edən ticarət gəmisi "naməlum mərmi" ilə vurulub.

Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib, ekipaj üzvlərindən biri həlak olub. Digər dənizçilər isə Oman sahil mühafizə xidməti tərəfindən təhlükəsiz yerə təxliyə edilərək yardım alıblar.

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə bağlı fəaliyyət göstərən UKMTO gəminin adını, bayrağını və atəşin haradan açıldığını açıqlamayıb. Hadisə ilə bağlı hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.

Mövzuya görə xəbərlər