Son dəqiqə

ABŞ Yaxın Şərq ABŞ Hərbi Dəniz Qüvvələri CENTCOM USS Abraham Lincoln Ərəb dənizi USS George H. W. Bush

ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ ordusu Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədilə USS George H. W. Bush təyyarədaşıyan gəmisini Ərəb dənizinə yerləşdirib.

TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün USS George H. W. Bush təyyarədaşıyan gəmisinin Ərəb dənizində olduğunu göstərən görüntülər yayıb.

ABŞ-ın sosial media platforması X-də yayılan görüntülərdə gəminin göyərtəsindən döyüş təyyarələrinin havaya qalxdığı əks olunub. CENTCOM gəminin Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə dəstək verdiyini bildirib.

USS George H. W. Bush (CVN-77) ABŞ Hərbi Dəniz Qüvvələrinin Nimitz sinfinə aid nüvə enerjili təyyarədaşıyan gəmisidir.

Gəminin bölgəyə yerləşdirilməsi USS Abraham Lincoln təyyarədaşıyan gəmisində xidmət edən hərbçilərin uzunmüddətli yerləşdirilmə şəraiti ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.

USS Abraham Lincoln artıq 250 gündən çoxdur dənizdə fəaliyyət göstərir. ABŞ senatoru Riçard Blumental daha əvvəl gəmidə əsas təminat vasitələrinin çatışmazlığı, suyun çirklənməsi, santexnika problemləri, hərbçilərin psixoloji vəziyyətinin pisləşməsi və göyərtədə təhlükəsizliklə bağlı problemlər barədə məlumatlardan narahatlığını ifadə edib.

ABŞ müdafiə naziri Pit Heqset isə gəmidəki ağır şəraitlə bağlı məlumatların “tamamilə yanlış təqdim edildiyini” bildirib və hərbçilərin bütün zəruri təminatla təmin olunduğunu deyib.

Yeni təyyarədaşıyan gəminin Ərəb dənizinə göndərilməsi ABŞ-ın İranla müharibə fonunda Yaxın Şərqdə hərbi imkanlarını və dəniz qüvvələrini qorumağa davam etdiyini göstərir.

Mövzuya görə xəbərlər