Son dəqiqə

İsrail Livan İsrail ordusu Hizbullah mülki şəxslər İsrail və Hizbullah qarşıdurması Nəbatiyyə

Hizbullah mülki şəxsləri qəsdən təhlükəyə atıb - İsrail

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail Baş nazirinin ofisi Hizbullahı Livanın Nəbatiyyə və Ənsar bölgələrinə endirilən və 11 nəfərin ölümünə səbəb olan hücumlardan sonra mülki şəxsləri “qəsdən” təhlükəyə atmaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, İsrail Baş nazirinin ofisinin yaydığı açıqlamada Hizbullahın İsrail hərbçilərinə hücum etdiyi və üç hərbçini ağır yaraladığı bildirilib.

Açıqlamaya görə, İsrail ordusu buna cavab olaraq Hizbullahın qərargahı olduğunu iddia etdiyi obyektə zərbə endirib.

İsrail tərəfi bildirib ki, ordu yalnız daha sonra həmin hərbi obyektin daxilində mülki şəxslərin olduğunu öyrənib.

İsrail Baş nazirinin ofisi Hizbullahı öz mülki əhalisindən “canlı qalxan” kimi istifadə etməkdə və bununla İsraili mülki şəxsləri qəsdən hədəfə almaqda ittiham etmək üçün şərait yaratmaqda günahlandırıb.

Açıqlamada İsrail ordusunun mülki şəxsləri qəsdən hədəfə almadığı iddia edilib.

İsrail ordusu Qəzzada həyata keçirdiyi əməliyyatlar zamanı da oxşar arqumentlər irəli sürərək mülki obyektlərin hərbi məqsədlər üçün istifadə edildiyini iddia edib. Bu çərçivədə Qəzza zolağının şimal hissəsinin, eləcə də Əş-Şifa xəstəxanası kimi qorunan obyektlərin boşaldılması ilə bağlı göstərişlər verilib.

İsrailin son açıqlaması Livanın cənubunda Nəbatiyyə və Ənsar bölgələrinə zərbələr nəticəsində ölənlərin sayının 11-ə çatdığı bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər