BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlament sədrinin müavini Əli Nikzad Hörmüz boğazında müharibədən əvvəl mövcud olan vəziyyətin bərpa olunmayacağını bildirib.
TurkicWorld xəbər verir ki, İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, Əli Nikzad parlamentdə bölgədəki mövcud vəziyyətlə bağlı çıxışı zamanı Hörmüz boğazının əvvəlki qaydada fəaliyyət göstərməyəcəyini deyib.
Nikzad bildirib ki, İran müharibə dövründə qarşı tərəfə Hörmüz boğazında əvvəlki vəziyyətə qayıdılmayacağı barədə mesaj verməyə çalışıb.
İran rəsmisi qeyd edib ki, bəzi tərəflər bu reallığı görməməzliyə vurmağa çalışsalar da, zamanın vəziyyəti dəyişdirdiyini göstərdiyini iddia edib.
Onun sözlərinə görə, ABŞ və İsrailin bölgədəki mövqeyi Hörmüz boğazının açılmasının hərbi yolla həll edilə bilməyəcəyini göstərib və yeni regional vəziyyət qəbul edilməlidir.
Nikzad bildirib ki, İranın hazırkı əsas prioriteti ölkənin iqtisadi problemlərinin azaldılmasıdır.
İran rəsmisinin açıqlaması Tehranın Hörmüz boğazının gələcək fəaliyyəti ilə bağlı mövqeyinin dəyişmədiyini göstərir.







