Son dəqiqə

İran Tehran Məsud Pezeşkian İran ordusu Müharibə Fars Xəbər Agentliyi İran Prezidenti

Rəhbərliyin qərarının arxasında sona qədər dayanacağıq - Məsud Pezeşkian

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian ölkə rəhbərliyinin qəbul edəcəyi istənilən qərarın arxasında sona qədər dayanacaqlarını bildirib.

TurkicWorld xəbər verir ki, İranın "Fars" xəbər agentliyinin məlumatına görə, Məsud Pezeşkian müharibənin davam etdirilib-etdirilməməsi ilə bağlı qərarın ölkənin hərbi və siyasi rəhbərliyi tərəfindən verilməli olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, hərbi əməliyyatlara rəhbərlik edən şəxslər döyüşün davam etdirilməsinin lazım olub-olmadığını və İranın mövcud imkanlarını daha yaxşı qiymətləndirə bilərlər.

İran Prezidentinin sözlərinə görə, yekun qərarı ölkə rəhbərliyi verir və hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, İran xalqı onun arxasında sona qədər dayanacaq.

Pezeşkian mübarizəni ölümə qədər davam etdirməyə hazır olduqlarını bildirib. O, döyüşməkdən və mövqelərini qorumaqdan qorxmadığını vurğulayıb.

Prezident bu mövqeyin onları təhlükə qarşısında qoya biləcəyini də etiraf edib. Onun sözlərinə görə, belə vəziyyətlərdə onlar dəfələrlə özlərini təhlükəyə atırlar.

Pezeşkian mümkün sui-qəsd ehtimalına da toxunaraq bunun onu mövqeyindən çəkindirməyəcəyini bildirib.

Mövzuya görə xəbərlər